| |
Azərbaycan, Bakı şəhəri
Üzeyir Hacıbəyov küçəsi 21/10
Tel/Faks: (+99412) 598 27 27
Mobil: (+99451) 516 52 52 (+99470) 279 73 73
|
|
Mərkəzdə aşağıdakı xidmət növləri mövcuddur:
Sinxron tərcümələr
Siz işgüzar görüşlərdə, konfranslarda ĞAvrasiyağ tərcümə mərkəzinin sinxron tərcümə xidmətindən istifadə edə bilərsiniz.
Yazılı tərcümələr
Siz xaricə getmək üçün lazım olan sənədləri və ya xaricdən göndərilən hər hansı bir sənədi mərkəzimizdə istənilən dilə tərcümə etdirə bilərsiniz.
Notarial təsdiq
Ehtiyac yarandıqda tərcümə olunan sənədlərin notarial qaydada təsdiq edilməsinə kömək olunur. Bu xidmətin müqabilində siz əlavə pul ödəməyəcəksiniz.
Tərcümələrin sifariş olunan yerə çatdırılması
Əgər vaxtınız yoxdursa və yaxud mərkəzimizə gəlmək istəmirsinizsə, siz bizim kuryer xidmətimizdən istifadə edə bilərsiniz. Biz sizə lazım olan materialları sizdən götürə və sizə çatdıra bilərik.
Redaktə xidməti
Mərkəzimiz hazır tərcümələrin və digər materialların redaktə olunmasında sizə köməklik edə bilər.
Mətnlərin yığılması
Mərkəzimiz sizə lazım olan mətnləri yığa bilər. Bizim geniş işçi heyəti sizə lazım olan materialları operativ yığıb sizə təhvil verə bilər.
Kompüter və dil kursları
Mərkəzimizdə kompüter və dil kursları da fəaliyyət göstərir. Dərsləri peşəkar müəllimlər tədris edir.
|